Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə Qəzza zolağında vəziyyətin nizamlanması üçün diplomatik səyləri davam etdirəcək. Bu, Prezidentin təmas və səfərlərində əsas gündəmdir.
Modern.az xəbər verir ki, bunu Ankaradakı diplomatik mənbə “Ria Novosti”yə bildirib.
"Cənab Prezidentin diplomatiyası bu həftə davam edəcək. O, dövlət və hökumət başçıları ilə Qəzzadakı vəziyyətin həlli ilə bağlı danışıqlar aparacaq. Ərdoğan bir tərəfdən Qəzza zolağında atəşkəsin təmin olunması üçün çalışır, digər tərəfdən İsrail-Fələstin münaqişəsinin “iki xalq üçün iki dövlət” prinsipi əsasında həllinə səy göstərir”, - agentliyin həmsöhbəti deyib.