Modern.az

Lukaşenko Çin lideri ilə müzakirə etmək istədiyi əsas məsələni açıqladı

Lukaşenko Çin lideri ilə müzakirə etmək istədiyi əsas məsələni açıqladı

Aktual

4 Dekabr 2023, 09:46

Pekində səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, Çin lideri Si Cinpinlə danışıqlarda müzakirə etmək istədiyi yeganə əsas məsələ ikitərəfli əməkdaşlığın inkişafı planlarının həyata keçirilməsinin sürətidir.

Modern.az xəbər verir ki, “Belta” dövlət agentliyinin məlumatına görə, dövlət başçısı bildirib ki, bu gün müzakirə etməli olduğu əsas şey sürətdir.
 

Lukaşenkonun sözlərinə görə, martın 1-dəki görüş bir çox cəhətdən taleyüklü oldu və bütün il üçün dinamikanı müəyyənləşdirdi.

“Mart ayından bəri 120-dən çox qarşılıqlı səfər təşkil olunub. Bunlar müxtəlif səfərlərdir. Məni ən çox sevindirən isə istehsalla, ticarət-iqtisadi əlaqələrlə bağlı səfərlərdir”, - Belarus prezidenti bildirib.

Lukaşenko həmçinin Si Cinpinlə uzun illər tanışlığını və ikitərəfli münasibətlərin inkişafı üzrə birgə fəaliyyətini qeyd edib.

"Bizim çoxlu təcrübəmiz var, ölkələrimizin nəyə ehtiyacı olduğunu bilirik. Biz bu istiqamətdə çox iş görmüşük", - Belarus prezidenti bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama