Modern.az

Minatəmizləmə əməliyyatlarına xüsusi zirehli ekskavatorlar cəlb olundu

Minatəmizləmə əməliyyatlarına xüsusi zirehli ekskavatorlar cəlb olundu

Aktual

4 Dekabr 2023, 10:06

"Azərbaycanda minatəmizləmə əməliyyatlarına xüsusi zirehli ekskavatorlar da cəlb edilib".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, minatəmizləmə əməliyyatlarına digər xüsusi texnikalar da cəlb olunub: “Bundan əlavə, Azərbaycan istehsalı olan texnikalar da bu prosesə töhfəsini verirlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama