Böyük Britaniya Dövlət Katibinin Parlament üzrə müavini, Biznes və Ticarət Departamentində ixracat naziri Malkolm Offord bu ay Azərbaycana səfər edəcək.
Modern.az-ın məlumatına görə, onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanla Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasında iştirak edəcək.
İclas zamanı ikitərəfli enerji əməkdaşlığı ilə bağlı məsələlər müzakirə ediləcək.
Səfərlə bağlı məlumatı Böyük Britaniyanın Azərbaycandakı səfiri Modern.az-a təsdiqləyib.