Modern.az

Azərbaycanda qazlaşdırma səviyyəsi açıqlandı

Azərbaycanda qazlaşdırma səviyyəsi açıqlandı

Aktual

4 Dekabr 2023, 12:30

Bu il iyulun 1-nə Azərbaycanda qazlaşdırma səviyyəsi 96,34 % təşkil edib.

 

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə hesabatına istinadən xəbər verir.

 

Sənədə əsasən, bu, yanvarın 1-i ilə müqayisədə 0,05 faiz bəndi çoxdur.

 

"SOCAR 2014-2018-ci illəri əhatə edən I qazlaşdırma proqramını tamamladıqdan sonra prosesi yeni “Regionların 2019-2023-cü illər üçün sosial-iqtisadi inkişafı dövlət proqramı” çərçivəsində davam etdirir. Şirkət rəhbərliyi hesab edir ki, ölkədə qalan qazlaşdırma işləri ilə bağlı xərclərin maliyyələşdirilməsini dövlət kapitala yatırımlar vasitəsilə davam etdiləcək", - deyə hesabatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama