Modern.az

Sabiq səfir həbs olundu

Sabiq səfir həbs olundu

Aktual

4 Dekabr 2023, 13:08

ABŞ-ın Boliviyadakı sabiq səfiri Manuel Roça Kuba hökumətinin agenti olmaqda şübhəli bilinərək həbs edilib.

 

Modern.az Xarici KİV-ə istinadla xəbər verir ki, 73 yaşlı Manuel Roça cümə günü Mayami şəhərində saxlanılıb. Kuba hökumətinin maraqları naminə casusluqda ittiham olunan sabiq səfir dekabrın 4-də məhkəmə qarşısına çıxarılacaq.

 

ABŞ-ın federal qanununa görə, xarici hökumət və ya təşkilat üçün siyasi tapşırıqları yerinə yetirən şəxslər Ədliyyə Departamentində qeydiyyatdan keçməlidir.

 

Qeyd edək ki, Manuel Roça 1997-2000-ci illərdə ABŞ-ın Argentinadakı səfiri olub. Boliviyada səfir işlədiyi 2002-ci ildə prezident seçkilərinə birbaşa müdaxilə edərək Evo Moralesin prezident seçəcəyi təqdirdə ABŞ-ın ölkəyə yardımının dayanacağını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama