Modern.az

Ana həbsdə olan oğluna telefon ötürmək istədi yaxalandı

Ana həbsdə olan oğluna telefon ötürmək istədi yaxalandı

Aktual

4 Dekabr 2023, 14:52

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsinin qarşısı alınıb.

 

Xidmətdən Modern.az-a verilən xəbərə görə, məhkum Fərid Adbala oğlu Məhərrəmova anası Pürüzə Balamməd qızı Məhərrəmovanın gətirdiyi sovqatdakı paltonun cibində gizlədilmiş 1 ədəd “İphone” markalı mobil telefon aparatı aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama