Modern.az

Azərbaycanlı və ispan memarlar birgə layihələr icra edəcək - FOTO

Azərbaycanlı və ispan memarlar birgə layihələr icra edəcək - FOTO

Aktual

4 Dekabr 2023, 15:32

Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə “F-Holding” arasında  anlaşma memorandumu imzalanıb.

 

Modern.az xəbər verir ki, memorandumu AzMİU-nin rektoru Gülçöhrə Məmmədova və “F-Holding”in direktoru Fərid Mustafayev imzalayıb.

 

Dövlət-özəl əməkdaşlığına əsaslanan memorandumda xarici mütəxəssislərin AzMİU-da memarlıq fakültəsində tədrisə, müxtəlif proqramlara, ustad dərslərinə cəlb olunması, konfrans və konqreslərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda birgə layihələrin işlənilməsi, xüsusilə gələcəkdə ispan memarların da iştirakı ilə işğaldan azad olunmuş ərazilərlə bağlı layihələrin işlənilməsi planlaşdırılır.

 

İmzalanma mərasimindən sonra qonaqlar universitetin Memarlıq fakültəsində olublar, ispan memarların həmin fakültənin müəllim və tələbələri üçün təqdimatları təşkil edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi