Modern.az

Bakıda kafe, Masallıda ev yandı

Bakıda kafe, Masallıda ev yandı

Aktual

4 Dekabr 2023, 15:50

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 220 m² olan birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

 

Modern.az FHN-nin saytına istinadən xəbər verir ki, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

 

Həmçinin, Masallı rayonu, Əminli kəndində ümumi sahəsi 105 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 75 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...