Modern.az

İnformasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar dəyişdi

İnformasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar dəyişdi

Aktual

4 Dekabr 2023, 16:42

Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin və XRİTDX-nin (dövlət qurumlarına münasibətdə) kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə hüquqları artırılır.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin və XRİTDX-nin (dövlət qurumlarına münasibətdə) kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə hüquqları sırasına kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb etmək hüququ da əlavə olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...