Modern.az

Süni intellekt üzrə yeni dövlət standartı qəbul edildi

Süni intellekt üzrə yeni dövlət standartı qəbul edildi

Aktual

4 Dekabr 2023, 16:38

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO/IEC 22989:2023 “İnformasiya texnologiyaları — Süni intellekt — Süni intellektə dair anlayışlar və terminologiya” yeni dövlət standartını qəbul edib.

 

Bu barədə Modern.az-a AZSTAND-dan bildirilib.

 

Məlumata görə, sözgedən standart “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut onu təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...