Modern.az

“Səyyar qəbul otağı” Samuxda - FOTOLAR

“Səyyar qəbul otağı” Samuxda - FOTOLAR

Aktual

4 Dekabr 2023, 17:57

SOCAR-ın “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Samux rayonunda təşkil olunub.

 

Modern.az xəbər verir ki, 9 müraciətin ünvanlandığı aksiyada sakinlərin istəkləri müxtəlifliyi ilə seçilib. Qaz sayğacının yerinin dəyişdirilməsilə yanaşı, yenisi ilə əvəzlənməsini də xahiş edən olub. Aksiyanın keçirildiyi Sərkar kəndinə qonşu Qarabağlı kəndindən qatılan Arzu İsmayılov genişlənmiş ərazidə yaşayan 17 fərdi yaşayış evinin sakinləri adından çıxış edərək küçə qaz xətlərinin çəkilməsini istəyib.

 

Qeyd edilən müraciətlərlə bərabər debitor borcun ödənilməsinə möhlət verilməsini istəyən fərdi sahibkarlar da mikrofon önünə çıxaraq problemlərini dilə gətiriblər.

 

Hər bir müraciət araşdırılması üçün Gəncə RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.

 

“Səyyar qəbul otağı” Samuxda - FOTOLAR

“Səyyar qəbul otağı” Samuxda - FOTOLAR

  • “Səyyar qəbul otağı” Samuxda - FOTOLAR

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi