Modern.az

Neftçalada şəhidə həsr olunan filmin və kitabın təqdimatı - FOTO

Neftçalada şəhidə həsr olunan filmin və kitabın təqdimatı - FOTO

Aktual

5 Dekabr 2023, 09:36

Neftçala rayonunda 44 günlük Vətən müharibəsi şəhidi İmanzadə Ayaza həsr olunan "Ayazda Sevdim izini" adlı filmin və "Onu Belə Xatırlayıram" adlı kitabın təqdimat mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyəti və qonaqlar iştirak edib.

 

İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

 

Mərasimdə şəhid İmanzadə Ayaz Daşqın oğlunun xatirəsinə həsr olunan "Ayazda Sevdim izini" adlı filmin və "Onu Belə Xatırlayıram" adlı kitabın təqdimatı keçirilib. Filmdə və kitabda şəhid haqqında yaxınlarının xatirələri, igidliyi və döyüş yolu yer alıb.

 

Mərasimdə çıxış edən şəhidin atası İmanov Daşqın, bacısı İmanzadə Rəna, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, “Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftəliyeva, təhsil işçisi, yazıçı publisist Ruhəngiz Nəcəfova və Şirvan Salyan Regional Mədəniyyət İdarəsi Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı kitabxana filialının müdiri Nəzakət Məmmədova şəhid İmanzadə Ayaz haqqında xatirələrini bölüşüblər, onun həyat yolundan, igidliyindən və 44 günlük Vətən müharibəsində qazanılan qələbəmizdən danışıblar.

 

Mərasimdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, bu gün Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev  Ümummilli Lider Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirməsinin, uzaqgörən və qətiyyətli siyasətinin nəticəsində 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi, müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olundu və ölkəmizin suverenliyi tam bərpa olunub. Qəhrəman gənclərimizin vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə hər zaman əhatə olunub.

 

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını, təşəkkürlərini bildiriblər.

 

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçularımızın əziz xatirəsinin əbədiləşdirilməsi və onların ictimaiyyət arasında tanıdılması istiqamətində göstərdikləri səmərəli fəaliyyətinə görə  şəhid Abduləlimov Miqdadın anası Abduləlimova Tünzalə, Azərbaycan fotoqraflar birliyinin üzvü, rejissor Orxan Əzim,  Şirvan- Salyan Regional Mədəniyyət İdarəsi Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı kitabxana filialının müdiri Nəzakət Məmmədova və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi Əvəzxan Əzizov "Təşəkkürnamə" ilə təltif ediliblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi