Modern.az

Qriqoryan ABŞ müdafiə nazirinin müavini ilə müzakirə apardı

Qriqoryan ABŞ müdafiə nazirinin müavini ilə müzakirə apardı

Aktual

5 Dekabr 2023, 11:22

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a işgüzar səfəri çərçivəsində Müdafiə Nazirliyində nazir müavini Laura Kuperlə görüşüb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüşdə tərəflər ikitərəfli müdafiə əməkdaşlığı ilə bağlı məsələləri müzakirə edib və Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.

 

Söhbət zamanı ikitərəfli birgə proqramların həyata keçirilməsi, sülhməramlı fəaliyyət çərçivəsində əməkdaşlıq və iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Tərəflər Ermənistan Silahlı Qüvvələrinin demokratik idarəçiliyinin və hesabatlılığının artırılmasına yönəlmiş işi vurğuyıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...