Modern.az

Azad edilmiş ərazilərdə 46 hektar sahədə ağac əkilib - FOTO

Azad edilmiş ərazilərdə 46 hektar sahədə ağac əkilib - FOTO

Aktual

5 Dekabr 2023, 11:02

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2023-cü ilin hazırkı dövrünədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində Meşələrin İnkişafı Xidmətinin yerli qurumları tərəfindən ümumilikdə 46 hektar sahədə 5 800 ədəddən artıq ağac əkilib, 3150 kq toxum səpilib.

 

Bunu Modern.az-a açıqlamasında Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib.

 

Onun sözlərinə görə, aparılan meşəbərpa tədbirləri zamanı Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən və yerli torpaq-iqlim şəraitinə uyğun əkin materiallarından istifadə olunub.

 

“Proqram çərçivəsində 2026-cı ilin sonunadək Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Xocavənd, Ağdam və Füzuli rayonlarının 1150 hektar sahəsində meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulub”, - C.Qəribov deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi