Modern.az

Qadın hərbçilər üçün artıq bu məcburiyyət yoxdur

Qadın hərbçilər üçün artıq bu məcburiyyət yoxdur

Aktual

5 Dekabr 2023, 16:44

Əvvəllər 50 yaşı olanda hərbi qulluqçu xanımların iki yol var idi. Onlar ya istefaya, ya da ehtiyata gedirdi. İndi bu məcburiyyət yoxdur.

 

Modern.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi ətrafında müzakirələrlə bağlı keçirilən mətbuat konfransında parlamentin deputatı Arzu Nağıyev deyib.

 

“Bundan sonrakı qərar onların özləri bağlıdır. Yəni istəsələr, qalıb davam edə bilərlər. Ya da əksinə. Bir də qeyd edim ki, bu bütün Silahlı Qüvvələrə aiddir”, - o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI