Modern.az

Bakıda güclü külək, Xəzərdə böyük dalğalar

Bakıda güclü külək, Xəzərdə böyük dalğalar

Aktual

5 Dekabr 2023, 18:17

Saat 18:00-a olan məlumata əsasən Bakı və Abşeron yarımadasının bəzi ərazilərində, Quba, Xaçmaz, Qusarda yağış yağıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

 

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 26-32 m/s, Neftçala, Gəncədə 20 m/s, Şəkidə 18 m/s, Mingəçevirdə 17 m/s, Tərtərdə 15 m/s-dək güclənib.

 

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan MR-da 13, Aran rayonlarında 21, dağlıq rayonlarda 15 dərəcəyədək isti olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi