Modern.az

ANAMA əməkdaşının Ağdamda yaralanması bizi kədərləndirdi - Səfirlik

ANAMA əməkdaşının Ağdamda yaralanması bizi kədərləndirdi - Səfirlik

Aktual

5 Dekabr 2023, 22:42

Bu gün Ağdam rayonunda minaların zərərsizləşdirilməsi sahəsində çalışan mütəxəssisin xəsarət alması xəbəri bizi kədərləndirdi.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi "X" hesabında məlumat yayıb.

 

"Biz ona ona ən tez zamanda sağlamlığına qovuşmağı arzu edirik. Biz həmçinin minalardan həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Birləşmiş Ştatlar Azərbaycana ərazilərin minalardan təmizlənməsi işində yardım edən sadiq tərəfdaşdır. 2021-ci ilin noyabr ayından etibarən ABŞ münaqişədən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları üçün 3,5 milyon dollar ayırıb", - deyə qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi