Modern.az

Daha bir amerikalı senator Azərbaycana qarşı çıxdı

Daha bir amerikalı senator Azərbaycana qarşı çıxdı

Aktual

6 Dekabr 2023, 12:57

Daha bir amerikalı senator Azərbaycanla bağlı qərəz nümayiş etdirib. Modern.az xəbər verir ki, senator Ben Kardin ABŞ-ın dövlət katibi Antoni Blinkenə məktub göndərərək Qarabağda həyata keçiriliən 19-20 sentyabr tarixli antiterror tədbirlərinə görə Azərbaycana qarşı sərt tədbirlər görməyə çağırıb.

Bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsi məlumat yayıb.

“Mən Azərbaycanın xüsusən də Zəngəzur dəhlizi ilə bağlı əlavə hərbi əməliyyatlar həyata keçirə biləcəyindən dərin narahatam”, - senator hiddətini nümayiş etdirib.

Kardin Blinkenə Azərbaycan siyasətçilərinə qarşı sanksiyaların və viza məhdudiyyətlərinin tətbiqini təklif edib.

Amerikalı senator açıq-aşkar erməniləri müdafiə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi