Modern.az

Ermənistanda 7 yaşlı uşaq it dişləməsindən ÖLÜB

Ermənistanda 7 yaşlı uşaq it dişləməsindən ÖLÜB

Aktual

6 Dekabr 2023, 15:40

Ermənistanın Ararat rayonunun Surenavan kəndində küçə itlərinin hücumu nəticəsində xəsarət alan 7 yaşlı uşaq ölüb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, azyaşlı Ararat tibb mərkəzinə aparılarkən yolda ölüb.

Hadisə baş verərəkən Alik adlı 7 yaşlı uşaq məktəbə gedirmiş. Məktəbin direktor müavini Valya Avetisyan bildirib ki, hadisə səhər saatlarında baş verib.

"Səhər tezdən uşaq 3 dostu ilə məktəbə gedərkən itlər hücuma keçib. Digər uşaqlar qaçıblar. Alik isə yıxılıb, güman edirik ki, onun qorxudan ürəyi partlayıb”.

Valideynləri isə küçə itlərinin uşağı dişlədiyini iddia ediblər.

Ararat Tibb Mərkəzindən bildirilib ki, uşağın ölümünün dəqiq səbəbi yalnız sabah, məhkəmə-tibbi ekspertizanın nəticələri hazır olandan sonra bilinəcək.

Milli Xəstəliklərə Nəzarət Mərkəzinin məlumata görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Ermənistanda 6919 nəfər heyvanların hücumuna məruz qalıbki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1375 nəfər çoxdur.

Ən çox heyvan hücumu İrəvanda qeydə alınıb - 2807.

Statistikaya görə, insalara hücumların 3546-sı sahibi olan itlər, 3253-ü sahibsiz itlər, 120-si vəhşi heyvanlar tərəfindən qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi