Modern.az

Təmas olmadan belə qızılcaya yoluxmaq mümkündür

Təmas olmadan belə qızılcaya yoluxmaq mümkündür

6 Dekabr 2023, 15:48

“Qızılca virusu yalnız insanlarda xəstəlik törədir. Qızılcaya yoluxan şəxsı hava-damcı yolu ilə həssas insanları yoluxdurur”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib.

 

O bildirib ki, qızılcaya yoluxan şəxslə təmas olmadan belə qapalı məkanlarda yoluxma mümkündür: “İnkubasion dövr minimal 6, maksimal isə 21 gündür”.

 

T.Eyvazov söyləyib ki, qızılcaya digər bakterial fəsadların qoşulması faktı olarsa, antibiotik təyin edilə bilər: “Fəsadlardan olmadan antibiotik təyini olmaz. Qızılcaya qarşı ən effektiv qoruyucu vasitə peyvənd olunmaqdır. Belə olan halda xəstəlik yüngül keçirilir və ağırlaşma olmur”.

 

Nazirlik rəsmisi qeyd edib ki, əgər hamilə qadın əvvəllər qızılcaya yoluxubsa, ikinci dəfə yoluxması mümkün deyil.

 

T.Eyvazov xatırladıb ki, qızılcaya yoluxan şəxsdə sonradan ömürlük immunitet formalaşır: “Təkrar yoluxma çox nadir halda baş verə bilər”.

 

O vurğulayıb ki, qızılca əleyhinə peyvəndin tərkibində yumurta zülalı olmadığından allergiyası olanların vaksinasiyası qorxulu deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə! Prezident Xocalılarla görüşdü Duyğulu anlar yaşandı