Modern.az

ABŞ müzakirələrin davam etdirilməsini dəstəkləyir

 ABŞ müzakirələrin davam etdirilməsini dəstəkləyir

Aktual

6 Dekabr 2023, 19:24

Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsi ABŞ tərəfindən dəstəklənir.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə dekabrın 6-da keçirilən görüşdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.

 

O, ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxışın vacibliyini bildirdi.

 

Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirildi.

 

Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal