Modern.az

Bakıda mənzildən meyit tapıldı 

Bakıda mənzildən meyit tapıldı 

Aktual

6 Dekabr 2023, 23:15

Bakıda mənzildə meyit aşkarlanıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

"112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal