Modern.az

Yeni Günəşlidə maşından 38 min manatlıq qızıl oğurlandı

Yeni Günəşlidə maşından 38 min manatlıq qızıl oğurlandı

Aktual

7 Dekabr 2023, 10:36

Yeni Günəşli qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobildən 38000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

 

DİN-dən Modern.az-a verilən xəbərə görə, Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü T.Mehrəliyev və Z.Mehrəliyev müəyyən olunaraq saxlanılıblar.

 

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal