Modern.az

Kəlbəcərdə saxlanılan erməni diversant ifadə verib

Kəlbəcərdə saxlanılan erməni diversant ifadə verib

Aktual

7 Dekabr 2023, 11:16

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Modern.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

Aktda göstərilib ki, aparılmış ibtidai istintaq zamanı müəyyən olunub ki, Voskanyan Qaqik Aşotoviç qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla, iki və ya daha çox zərərçəkmiş şəxsi xidməti vəzifəsinin yerinə yetirməsi, eləcə də, terrorçuluqla əlaqədar, habelə milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə odlu silahdan istifadə etməklə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan digər hərəkətlər törətməklə terrorçuluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçib, qabaqcadan əlbir olan bir qrup şəxs halında hərbi silahı, o cümlədən, odlu silah və döyüş sursatını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib, zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər edib,habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edib, özündə saxlamış və daşıyaraq gəzdirib.

Təqsirləndirilən şəxs isə bildirib ki, baş verən hadisəni xatırlamır.

O, elan edilən ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal