Azərbaycan Hava Yolları Bakı yaxınlığında baş vermiş zəlzələyə baxmayaraq, uçuşları cədvələ uyğun həyata keçirməyə davam edir.
Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat yayıb.
Bütün uçuşlar sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etməklə ştat rejimdə yerinə yetirilir.
Qeyd edək ki, Azərbaycanda baş vermiş 5.6 bal gücündə zəlzələnin ocağı Xəzər dənizində, 68 km dərinlikdə qeydə alınıb.