Modern.az

Füzulidə traktorun minaya düşməsi faktı ARAŞDIRILIR

Füzulidə traktorun minaya düşməsi faktı ARAŞDIRILIR

Aktual

7 Dekabr 2023, 13:26

Şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, dekabrın 7-si saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat işləri aparan zaman traktorun minaya düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Zamin Həsənlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

 

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal