Modern.az

Azərbaycan Moldova ilə yeni əməkdaşlıq memorandumu imzaladı

Azərbaycan Moldova ilə yeni əməkdaşlıq memorandumu imzaladı

Aktual

7 Dekabr 2023, 13:42

İclasda Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Moldovanın İnvestisiya Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Modern.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

 

Məlumata görə, sənədə Kişineuda keçirilmiş Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclasında imza atılıb.

 

Memorandumda qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal