Modern.az

“AzerTelecom”un rəhbərliyində yeni təyinat olub

“AzerTelecom”un rəhbərliyində yeni təyinat olub

Aktual

7 Dekabr 2023, 16:54

Emil Məsimov “AzerTelecom” şirkətinin Direktorlar şurasının sədri vəzifəsinə təyin edilib.

 

Modern.az xəbər verir ki, direktorlar şurasının sabiq sədri Fuad Allahverdiyev “AzerTelecom” şirkətindən, eləcə də “NEQSOL Holding”dən noyabr ayında ayrılıb.

 

Emil Məsimov 18 ildən artıqdır ki, telekommunikasiya sektorunda fəaliyyət göstərir. O, hazırda “Azerconnect” şirkətinin baş direktoru olmaqla bərabər informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bir neçə böyük şirkətin Müşahidə Şurasında təmsil olunur. Emil Məsimov biznesin idarə edilməsi üzrə İngiltərənin Mançester Universiteti və Harvard Biznes Məktəbinin məzunudur.


“AzerTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun Telekommunikasiya qrupuna daxildir.

 

“NEQSOL Holding” 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir və 12 000-dən çox işçi heyətinə malikdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal