Modern.az

Narkotikin təsiri altında maşın sürdü...

Narkotikin təsiri altında maşın sürdü...

Aktual

8 Dekabr 2023, 07:58

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Samux rayonu ərazisində “Mercedes ” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

 

Həmin nəqliyyat vasitəsini idarə edən Z. Mahmudov narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub.

 

Z. Mahmudov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Samux Rayon Məhkəməsinə göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal