Modern.az

Azərbaycan niyə növbədənkənar seçkilərə gedir? - Tarixi zərurət...

Azərbaycan niyə növbədənkənar seçkilərə gedir? - Tarixi zərurət...

Aktual

8 Dekabr 2023, 13:52

Azərbaycanda gələn il növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Seçkilər fevralın 7-nə təyin edilib. 

 

Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə prezident seçkiləri 2018-ci ildə keçirilib. Ancaq bu, İkinci Qarabağ müharibəsindən və Azərbaycanın ərazi bötüvlüyünü tam bərpa etməsindən sonra keçirilən ilk seçkilərdir. Seçkilər ilk dəfə bütün Azərbaycan ərazisində baş tutacaq.

 

Növbədənkənar seçkilərin keçirilməsinə zərurət nədən yaranıb? Seçkinin suverenliyin tam bərpasından sonra keçirilməsinin əhəmiyyəti nədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş praktikadır.

 

"Bu mərhələdə vətəndaşlar sadəcə olaraq, öz siyasi iradələrini vaxtından əvvəl ifadə edirlər. Əsas məsələ ondan ibarətdir ki, seçkiləri qabağa çəkmək konstitusiyaya uyğundur. Ən mühüm məqamlardan biri də odur ki, seçkilər ilk dəfə olaraq, işğaldan azad olunmuş ərazilərə də şamil olunacaq. Həm də deyə bilərik ki, 7 fevral 2024-cü il tariində Zəfər seçkisi keçiriləcək. Cənab İlham Əliyev qalib xalqın qalib prezidentidir. Bu gün hər bir azərbaycanlının səsləndirdiyi "Qarabağ Azərbaycandır!" şüarı işğaldan azad olunmuş ərazilərdə görülən quruculuq işlərinin  fəal dəstəklənməsidir. Ölkənin hər yerində islahatlar aparılır. Bu gün Azərbaycan xalqının özünə inamı var".

Deputat vurğulayıb ki, növbədənkənar seçkilər prezident İlham Əliyevin özünəinamından irəli gəlir:

 

"Cənab İlham Əliyev verdiyi hər sözün üstündə durur. Növbədənkənar seçkilərlə davamlı islahatları, müstəqil dövlət olaraq Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərə siyasi sistemi gücləndiməkdə israrlı olduğumuzu göstərməyə çalışırıq. Bu istiqamətdə olduqca ciddi addımlar atırıq. Düşünürəm ki, ədalətli seçki  şəraiti təmin edilir. Nəzərə alınmalıdır ki, siyasi partiyaların dövlət qeydiyyatına alınması məsələsi tam başa çatdırılıb. Bu yanaşma rəqabət mühitinin təmin edilməsini göstərir. Hər bir siyasi partiyaya seçki məcəlləsinə əsasən tam bərabər imkanlar veriləcək.Təbliğat-təşviqat prosesində mediadan istifadə edə bilərlər".

 

A.Nağıyev seçkilərə etiraz üçün heç bir tutarlı səbəbin olmadığını söyləyib:

 

"Hər hansı partiya və namizəd özünün eloktaratının olduğuna inanırsa, nədən növbədənkənar seçkilərə etiraz etməlidir. Əgər namizəd ola biləcək şəxsin öz seçici eloktaratı olduğu halda  növbədənkənar seçkilərə etiraz edirsə, bu, yalnız bəhanə və qərəzli mövqe ola bilər.  Eyni zamanda məhdud potensialın göstəricisi olar. 2024-cü il seçkilər ili olacaq. Azərbaycanla yanaşı region, eləcə də böyük dövlətlərdə seçkilər olacaq. Bu baxımdan İlham Əliyevin verdiyi bu sərəncam təqdirəlayiq hal kimi dəyərləndirilməlidir".

Milli Məclisin digər bir deputatı Rasim Musabəyov vurğulayıb ki, 7 fevral 2024-cü ildə keçiriləcək seçkilər İlham ƏIliyevin prezident kimi ən böyük legitimliyə sahib olduğunu təsdiq edəcək:

 

" Ağzıgöyçəklər kənardan Azərbaycanla bağlı cürbəcür uydurmalar yayırlar. Bu seçkilər təsdiqləyəcək ki, cənab İlham Əliyevin ən yüksək legitimliyi var. Azərbaycana üzünü-gözünü turşudan dövlətlərin liderlərində həmin legitimlik yoxdur. Bu, cənab Prezidentin tam səlahiyyəti idi ki, seçkiləri əvvələ çəksin. Qazaxıstanda Tokayev bunu edib. Onda bəzi qüvvələr heç bir şou yaratmadılar".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi