Modern.az

İmişlidə sənədsiz tikililər söküldü - VİDEO

İmişlidə sənədsiz tikililər söküldü - VİDEO

Aktual

8 Dekabr 2023, 12:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi İmişlidə qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edib.

 

Bu barədə Modern.az FHN-dən məlumat verilib.

 

Bildirilib ki, İmişli rayonunun Oruclu kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılmasının qarşısı alınıb.

 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikilini söküb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal