Modern.az

Lerikdə çöl donuzu ovlayan şəxs saxlanıldı

Lerikdə çöl donuzu ovlayan şəxs saxlanıldı

Aktual

8 Dekabr 2023, 13:56

Lerik rayonunda qanunsuz çöl donuzu ovu ilə məşğul olan şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon sakini E.Vəliyevin Günəşli kəndindəki meşəlik ərazidə axşam saatlarında qanunsuz çöl donuzu ovladığı müəyyən edilib.

 

E.Vəliyevdən 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl donuzu aşkarlanıb.

 

Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu