Modern.az

Bu, Cənubi Qafqazın sabitliyinə təkan olar - Avstriya XİN

Bu, Cənubi Qafqazın sabitliyinə təkan olar - Avstriya XİN

Aktual

8 Dekabr 2023, 14:08

Azərbaycan və Ermənistanın birgə açıqlamasını alqışlayırıq.

 

Modern.az xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib.

 

"Biz Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq və sülh müqaviləsi bağlamaq niyyətləri barədə birgə açıqlamasını alqışlayırıq. Bu, bütün Cənubi Qafqazın sabitliyinə, təhlükəsizliyinə və rifahına təkan olar. Biz Avropa İttifaqı ilə birlikdə bu səyləri dəstəkləməyə hazırıq", - Avstriya XİN bəyan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu