Modern.az

BSU-da təlim keçirilib - FOTO

BSU-da təlim keçirilib - FOTO

Aktual

8 Dekabr 2023, 15:28

Dekabrın 8-də BSU-nun “Şagird hazırlığının müasir çağırışları: dünya standartları üçün müəllimlər” layihəsi çərçivəsində Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankinin növbəti təlimi baş tutub.

 

Modern.az xəbər verir ki, təlim "Beynəlxalq məktəb mədəniyyəti", "Təlim prosesinə rəhbərlik" və "Akademik dürüstlük siyasəti" mövzularını əhatə edib.

 

Təlimdə beynəlxalq məktəb mədəniyyətinin formalaşmasında əsas olan amillərdən bəhs olunub, təlim prosesinə rəhbərlik və akademik dürüstlük siyasəti ilə bağlı ətraflı məlumat verilib. 

 

Keyfiyyətli tədris üçün dil biliklərinin inkişaf etdirilməsinin vacibliyindən söz açan Françesko Bankini dil müxtəlifliyinin müxtəlif mədəniyyətləri, fərqli tədris üsullarını öyrənmək baxımından  əhəmiyyətli olduğunu vurğulayıb.

 

Təlim interaktiv şəkildə müzakirələrlə davam edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi