Modern.az

Ağcabədinin üç kəndində su kəsiləcək

Ağcabədinin üç kəndində su kəsiləcək

9 Dekabr 2023, 13:04

Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 9 dekabr 2023-cü il tarixində gün ərzində Ağcabədi şəhərinə, eləcə də Aşağı Avşar və Xocavənd kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Qurum yaranan narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal