Modern.az

İlham Əliyev Serbiya Prezidenti ilə təkbətək görüşdü

İlham Əliyev Serbiya Prezidenti ilə təkbətək görüşdü

Aktual

10 Dekabr 2023, 17:23

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.

 

Modern az xəbər verir ki, görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə uğura inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.

 

Söhbət zamanı Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyəti qeyd edilərək, Azərbaycanın Avropanın qaz təchizatına verdiyi töhfə xüsusi vurğulandı.

 

Dövlətimizin başçısı Serbiya Prezidentini Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu.

 

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu