Modern.az

Ceyhun Bayramov Brüsselə getdi

Ceyhun Bayramov Brüsselə getdi

Aktual

10 Dekabr 2023, 21:27

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfərə yola düşüb.

 

Bu barədə Modern.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

 

Səfər zamanı C.Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu