Modern.az

Qala və Buzovnada sənədsiz tikililər söküldü - FOTO

Qala və Buzovnada sənədsiz tikililər söküldü - FOTO

Aktual

11 Dekabr 2023, 10:12

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Bakı şəhəri, Xəzər rayonunun Qala və Buzovna qəsəbələri ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu