Ermənistan parlamenti sabah, dekabrın 12-də gündəliyinə 3 məsələ olmaqla növbədənkənar iclas keçirəcək.
Modern.az xəbər verir ki, parlamentin mətbuat xidmətinin məlumatına görə, “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişikliklər edilməsi barədə” sənəd də sabahkı iclasın gündəliyinə salınıb.
Parlament “Ermənistan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” sənədlərə də baxacaq.