Modern.az

Əli İnsanov Heydər Əliyevin məzarına GETDİ

Əli İnsanov Heydər Əliyevin məzarına GETDİ

11 Dekabr 2023, 12:58

Haqq Ədalət Partiyasının sədri, keçmiş səhiyyə naziri Əli İnsanov mərhum dövlət başçısı Heydər Əliyev Fəxri xiyabandakı məzarını ziyarət edib.

Modern.az-ın məlumatına görə, xəbəri partiya sədrinin özü sosial şəbəkədə ictimailəşdirib.

“Bu gün Fəxri xiyabana gəldim. Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin 12 dekabr Anım Günü münasibətilə məzarını ziyarət etdim, ruhuna dualar oxudum, məzarı önünə tər qızıl güllər düzdüm. Ruhu şad, məkanı cənnət olsun”, - deyə Ə.İnsanov qeyd edib.

 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu