Modern.az

Ötən həftə azad edilmiş ərazilərdə 171 mina aşkarlandı

Ötən həftə azad edilmiş ərazilərdə 171 mina aşkarlandı

11 Dekabr 2023, 12:48

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik (4 dekabr - 10 dekabr) məlumatında deyilir.

 

Məlumata görə, ötən həftə 84 tank əleyhinə mina, 87 piyada əleyhinə mina, 340 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

 

Bildirilib ki, 533 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu