Modern.az

KXCP növbədənkənar seçkiləri müzakirə etdi

KXCP növbədənkənar seçkiləri müzakirə etdi

11 Dekabr 2023, 16:24

Bu gün Klassik Xalq Cəbhəsi Partiyası  İdarə Heyətinin  növbəti yığıncağı keçirlib.

Partiyyadan Modern.az-a verilən məlumata görə, yığıncaq 21 Azər Hərəkatının 78-ci Anım  Gününü Şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb.

İdarə Heyətinin yığıncağında, qərarların icra vəziyyəti, ictimai - siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər   müzakirə olunub,   müvafiq qərarlar qəbul edilib.


KXCP İdarə Heyəti 7 Fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərində partiyanın  öz namizədi ilə iştirakını  ətraflı müzakirə edib.  İdarə Heyəti  seçkiyə ayrılmış müddətin az olmasını  qeyri-məqbul hesab edib.  KXCP İdarə Heyəti məsələnin müzakirəsini 17 Dekabr 2023-cü ildə keçiriləcək Ali Məclisin Sessiyasında  müzakirə edilməsi haqqında qərar qəbul edib.


KXCP İdarə Heyəti “Tərtər” işinin istintaqını müzakirə edib. Qurum istintaqa ictimai nəzarətin təmin edilməsini bir daha tələb edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu