Modern.az

Gəncə Dövlət Universitetində mediasiya ilə bağlı maarifləndirici tədbir - FOTO

Gəncə Dövlət Universitetində mediasiya ilə bağlı maarifləndirici tədbir - FOTO

Aktual

11 Dekabr 2023, 16:52

Gəncə Dövlət Universitetində (GDU) Gəncə 2 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycanda Mediasiya” adlı maarifləndirici tədbir keçirilib.

 

GDU-dan Modern.az-a verilən məlumata görə, universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək, mediasiyanın cəmiyyət üçün aktual məsələ olduğunu diqqətə çatdırıb.

 

Tədbirdə Gəncə 2 saylı Mediasiya Təşkilatının rəhbəri Anar Abdullayev, təşkilatın mediatorları Azər Qurbanov, Samir Zeynalov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Rəşad Babayev vətəndaşlar arasında baş verən mübahisələrin həlli məsələsində mediasiyanın əhəmiyyəti, Azərbaycanda mediasiya sahəsində qanunvericilik aktları, mediasiya prosesinin tətbiqi, prinsipləri, tərəflərin hüquq və vəzifələri, mediasiyada vəkillərin rolu barədə məlumat veriblər.

 

GDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov çıxış edərək, universitetin Mediasiya Mərkəzinin fəaliyyətindən danışıb.

 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular