Modern.az

UNEC ilə İstanbul Haliç Universiteti əməkdaşlıq edəcək

UNEC ilə İstanbul Haliç Universiteti əməkdaşlıq edəcək

Aktual

11 Dekabr 2023, 17:12

Türkiyənin İstanbul Haliç Universitetinin beynəlxalq əlaqələr üzrə nümayəndə heyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) görüş keçirilib.

 

UNEC-dən Modern.az-a bildirilib ki, görüşdə Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Nərmin İbrahimova qonaqlara universitetin beynəlxalq əlaqələri haqqında ümumi məlumat verib, qazanılan qrant layihələri və mübadilə proqramlarından danışıb.

 

Sonra Haliç Universitetinin nümayəndələri təqdimatla çıxış ediblər.

 

Görüş zamanı universitetlər arasında ikitərəfli əməkdaşlıq müqaviləsinin imzalanması və UNEC tələbələrinin İstanbul Haliç Universitetində mübadiləsi haqqında razılıq əldə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular