Modern.az

Sərnişinləri yarı yolda qoyan sürücü işdən çıxarıldı 

Sərnişinləri yarı yolda qoyan sürücü işdən çıxarıldı 

Aktual

11 Dekabr 2023, 18:30

Ötən gün sərnişinləri avtobusla yolda qoyub gedən sürücü işdən çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bakubus" MMC məlumat yayıb.

 

"Vəzifəsinin icrası zamanı yol verdiyi kobud pozuntular və bu pozuntuların sərnişinlər üçün doğurduğu mənfi nəticələr, eləcə də baş vermiş hadisənin “BakuBus”ın imicinə mənfi təsiri nəzərə alınaraq, Əmək qanunvericiliyinə uyğun olaraq, sürücü tutduğu vəzifəsindən azad edilib.Bir daha baş vermiş hadisəyə görə təəssüfümüzü bildirir və keyfiyyətli xidmət prinsipinə sadiqliyimizi bir daha vurğulayırıq", - qurumdan bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular