Modern.az

“Azercell” “Təhlükəsiz internet”in təbliğinə start verir - FOTO

“Azercell” “Təhlükəsiz internet”in təbliğinə start verir - FOTO

12 Dekabr 2023, 09:44

"Azercell" şagird və valideynlər üçün “Təhlükəsiz internet” layihəsinə start verir.

 

Modern.az xəbər verir ki, layihənin məqsədi şagirdləri onlayn təhdidlər barədə, valideynləri isə övladlarının onlayn məkanda üzləşə biləcəkləri təhlükələrlə bağlı maarifləndirmək və mübarizə yolları haqqında məlumat verməkdir. “Təhlükəsiz internet”in Bakı, Sumqayıt, Naxçıvan, Lənkəran, Saatlı, Quba, Goranboy və İsmayıllı şəhərlərində həyata keçirilməsi nəzərdə tutulub.

 

Uşaqlar üçün nəzərdə tutulmuş sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçiriləcək dərslərdə iştirakçılar aşağıdakı mövzularla tanış olacaqlar:


• virtual tanışların yoxlanılması;
• şəxsi məlumatların sosial şəbəkələrdə istifadəsi və qorunması;
• şəxsi məlumatların daxil edilməsini tələb edən müsabiqələrdə iştirakdan imtina;
• şəbəkədə fırıldaqçıları və cinayətkarlarının əsas hiylələri;
• trollinq, kiberbullinq (onlayn qısnama) və ya qeyri-münasib onlayn davranış hallarında kimə və ya hara müraciət etmək

Layihə çərçivəsində keçiriləcək dərslər “GID CSR Consulting”in peşəkar təlimçiləri tərəfindən aparılacaq. “Təhlükəsiz internet”də 300-dən çox uşaq və 100-dən çox valideynin iştirakı nəzərdə tutulub.

 

Qeyd edək ki, "Azercell" 2016-cı ildən mütəmadi olaraq, uşaqlar və onların valideynləri üçün internet təhlükəsizliyi haqqında  maarifləndirici layihələr həyata keçirdir. Bu illər ərzində 1500-dən çox internet istifadəçisi bu cür layihələrdən yararlanıb.

“Azercell” “Təhlükəsiz internet”in təbliğinə START VERİR - FOTO“Azercell” “Təhlükəsiz internet”in təbliğinə START VERİR - FOTO

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu