Modern.az

Yanacaqdoldurma məntəqəsində soyğunçuluq edən şəxslər saxlanıldı

Yanacaqdoldurma məntəqəsində soyğunçuluq edən şəxslər saxlanıldı

12 Dekabr 2023, 09:54

Dekabrın 7-də saat 05 radələrində Sabunçu qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birində operatorun 200 manat pulunun soyğunçuluq yolu ilə talanması barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vaxt “Toyota” markalı avtomobillə yanacaqdoldurma məntəqəsinə gələrək soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov, Masallı rayon sakinləri N.Novruzov və əvvəllər məhkum olunmuş A.Nuriyev saxlanılıblar.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu