Modern.az

Horadiz-Ağbənd yolunun 45 faizi icra olunub - ADY sədri

Horadiz-Ağbənd yolunun 45 faizi icra olunub - ADY sədri

Aktual

12 Dekabr 2023, 14:22

Horadiz-Ağbənd layihəsinin 45 faizi yerinə yetirilib.

 

Modern.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı Fəxri Xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, layihənin tam yekunlaşdırılması 2025-ci ildə nəzərdə tutulur.

 

"Hazırda işlər sürətlə davam etdirilir. 73-cü km-ə qədər dəmir yolu xətti çəkilib, birinci tunelin qazıntı işləri həyata keçirilir", - deyə o, əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular