Modern.az

Erməni deputat Azərbaycanla son razılaşmanı ən böyük nailiyyət adlandırdı

Erməni deputat Azərbaycanla son razılaşmanı ən böyük nailiyyət adlandırdı

Aktual

12 Dekabr 2023, 16:38

“Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozep Borrelin Cənubi Qafqazda sülhə nail olmaq üçün tarixi imkanın yaranması ilə bağlı bəyanatı ilə razıyam”.
 

Modern.az xəbər verir ki, bunu dekabrın 12-də parlamentdə jurnalistlərlə söhbətində hakim “Mülki müqavilə” partiyasından olan deputat, Regional və Avrasiya inteqrasiyası üzrə daimi komissiyasının sədri Vaqarşak Akopyan deyib.

“Hesab edirəm ki, bu gün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin alternativi olmadığı barədə qarşılıqlı anlaşma var. Bu, son dövrlərdə əldə etdiyimiz ən böyük nailiyyətlərdən biridir. Uzun müddətdir ki, öz gündəmində sülhü prioritet təşkil edən Ermənistan Respublikası sülh müqaviləsi imzalamağa doğru irəliləyir”, - Akopyan bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular